Azərbaycan Sloveniya görüşündə qalib müəyyənləşmədi

Milli futbol komandamız yoldaşlıq matçında qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Sloveniya ilə üz-üzə gəlib.

Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

11 noyabr

Yoxlama oyunu
 
Sloveniya – Azərbaycan - 0:0
Baş hakim: Ferens Karako (Macarıstan)
Lyublyana, “Stoyitse” stadionu