Azərbaycan təmsilçisi Karate1 Premyer Liqa turnirində medal qazanıb

Azərbaycan təmsilçisi Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirində medal qazanıb

Sportline.az AZƏRTAC-a istinadən xəbər verir ki, premyer liqa turnirinin üçüncü mərhələsi keçirilib.

Yarışda Azərbaycan karateçilərindən Əminağa Quliyev (60 kq) bürünc medal qazanıb.

Komandanın digər üzvləri Sultan Hüseynov (60 kq) və İrina Zaretska (68 kq) 5-ci yerlə kifayətləniblər.

Yarışda 48 ölkədən 238 idmançı mübarizə aparıb.

Nüfuzlu turnirin növbəti mərhələsi sentyabrın 2-4-də Bakıda keçiriləcək.