Azərbaycan UEFA-nın reytinqində

Avropa Liqasının ötən günkü oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, cədvəldə bəzi dəyişikliklər olsa da, bu, Azərbaycandan yan keçib.

Yeganə təmsilçimiz "Qarabağ" İsraildə "Makkabi"yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb.

Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədədir.

Cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.