"Azərbaycan" - "Ukrayna"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Antalya Cup”da ilk matçına çıxıb.

SportLine.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri Ukraynanın U-21 seçməsi ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyun millimizin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirdə Azərbaycan millisi Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn milliləri ilə də qarşlaşacaq.

22 yanvar 2016
"Antalya Cup"

Azərbaycan (U-21) - Ukrayna (U-21) - 2:1
Qollar: Yevgeni Çumak, 49 (0:1), Namiq Ələsgərov, 58-pen (1:1), 85 (2:1)