Azərbaycanda daha bir oyun qara görə təxirə salındı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizonununda XVII turun "Turan Tovuz" - "Sabah-2" matçının təxirə salınması barədə qərar qəbul edib.

Sportline.az xəbər verir ki, PFL-in yaydığı açıqlamada deyilir:

"Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmaların ardından “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub".

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Oyun saat 15:00-a təyin olunub.