Azərbaycanda ilk dəfə aquatlon üzrə ölkə çempionatı keçirilib Azərbaycanda ilk dəfə aquatlon üzrə ölkə çempionatı keçirilib

Azərbaycanda ilk dəfə olaraq aquatlon üzrə ölkə çempionatı keçirilib.

Sportline.az xəbər verir ki, Şuraabaddakı yarış Azərbaycan Triatlon Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi ölkənin regionlarında triatlon idman növünü tanıtmaq və onun kütləviləşməsinə dəstək vermək idi.

Turnirdə respublikanın müxtəlif bölgələrindən və klublarından olan 160 idmançı gücünü sınayıb.

Yarışın qalibləri:

Qızlar

1. Abduləzizova Leyla
2. Xəlilova Milanə
3. Dadaşzadə Leyla

Oğlanlar

1. Rzazadə Əli
2. Məmmədli Toğrul
3. Musayev Tamerlan