Azərbaycanda oynamış futbolçu rəsmən Hollandiya klubunda
“Qəbələ"nin keçmiş futbolçusu Deyv Bultuis Hollandiyanın "Herenven" klubu ilə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, müdafiəçi artıq ictimaiyyətə təqdim olunub. "Qırmızı-qaralar"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən hollandiyalı, yeni klubu ilə 2,5 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, ötən yay Almaniyanın "Nürnberq" klubundan transfer olunan Bultuis Azərbaycan Premyer Liqasında cəmi 4 oyun keçirib.