Azərbaycanda transfer dövrlərinin tarixi müəyyənləşdi

Azərbaycan futbolunda 2021/2022 mövsümünün transfer dövrlərinin tarixləri müəyyənləşib.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay transfer pəncərəsi iyunun 10-da başlayacaq və sentyabrın 1-də başa çatacaq.

Qış transfer dönəmi isə 2022-ci il yanvarın 10-da start götürəcək və fevralın 9-da yekunlaşacaq.