Azərbaycanın 3x3 basketbol millisi yarımfinal oyununa çıxacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.
Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.
Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.
Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.