Azərbaycanın basketbol milliləri Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.

Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.

Hazırlıq prosesinə mayın 9-da yekun vurulacaq.

Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqust aylarında baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.