Azərbaycanın beynəlxalq qrossmeysterinə FIDE-də yeni vəzifə verildi
FIDE (Beynəlxalq Şahmat Federasiyası) Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, veteran qrossmeyster Tədbirlər Komissiyasının katibi təyin olunub.
Yeniyetmələr arasında ikiqat dünya çempionu (1992 - 1993) olmuş Qədimova bunadək FIDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub.
O, 1994-cü ildə beynəlxalq qrossmeyster adını alıb.