Azərbaycanın daha bir basketbol millisi B divizionunda mübarizə aparacaq

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Bu barədə Sportline.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

B divizionunun matçları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq. 

Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.