Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazana bilər.

Sportline.az xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

Fidan Əlizadə (57 kq) isə əvvəlki raundda uduzaraq mübarizəni dayandırıb.

Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.