Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb
Azərbaycanın daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Sportline.az xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.
Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də baş tutacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq. Daha əvvəl Zeynəb Rəhimova (54 kq) 1/8 finala yüksəlib.