Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi

Binə stadionunun süni ot örtüyü FİFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb. 

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, 1-ci liqa təmsilçilərindən "Şəfa" və MOİK, 2-ci liqada isə "Dinamo" ev oyunlarını Binə stadionunda keçirəcək.