Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlandı
2021-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. FİFA tərəfindən təsdiqlənmiş siyahıya əsasən, 2021-ci ildə Azərbaycanın ümumilikdə 17 beynəlxalq hakimi olacaq. Bunlardan üçü Əliyar Ağayev, Rauf Cabarov və Elçin Məsiyev kişilərin oyunlarında baş hakimlik edəcək.
Referilər:
1. Ağayev Əliyar
2. Cabarov Rauf
3. Məsiyev Elçin
4. Qurbanova Yuliya
Referi köməkçiləri:
1. Əmirəli Akif
2. Zeynalov Zeynal
3. Hüseynov Namik
4. Abdullayev Elşad
5. Talıbov Pərvin
6. Yusifov Cavanşir
7. Əkbərzadə Gülnurə
8. Nurıyeva Sevda
Futzal
1. Qafarlı Hikmət
2. Cəbrayılov Əli
3. Əmiraslanov Knyaz
Çimərlik futbolu
1. Məmmədov İnqilab
2. Nağıyev Nail