Azərbaycanın mərhum futbol xadimləri UEFA Konqresində anıldı

Azərbaycan futbol ictimaiyyətinin dünyasını dəyişmiş nümayəndələri UEFA Konqresində anılıb.

Sportline.az xəbər verir ki, tədbirdə koronavirusdan dünyasını dəyişən "Qarabağ"ın sabiq futbolçusu Elbrus Abbasov, "Neftçi"də oynamış Rafiq Əlizadə və "Sumqayıt"ın sabiq vitse-prezidenti Vaqif Ömərov yad olunub.

Qeyd edək ki, toplantıda argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsinə bir dəqiqəlik sükut olub.