Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.
Federasiyadan Sportline.az saytına verilən məlumata görə, hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.
Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir.
Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.
Təlim-məşq prosesi qarşıdakı yarışlarda uğurlu nəticə almaq məqsədi daşıyır.