Azərbaycanlı biznesmenin stadionu satışa çıxarılıb
Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılova məxsus “Mardan Palace” otelinin idman kompleksi də satışa çıxarılıb. Sportline.az xəbər verir ki, 2009-cu ildə Kundu bölgəsində 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə dünyanın ən lüks oteli seçilən “Mardan Palace” Telman İsmayılovun İctimai Təhlükəsizlik Təşkilatına olan borcuna görə əlindən alınmışdı. Komplekslə yanaşı, otelə məxsus bir neçə yer ümumilikdə 101 milyon lirəyə satışa çıxarılıb. İdman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir.