Azərbaycanlı FIFA referisinə yeni təyinat

Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsinin oyunlarını idarə edəcək.

Qarşılaşmalar 17 - 27 iyunda Portuqaliyanın Nazare şəhərində keçiriləcək.