Azərbaycanlı futbolçu Polşa klubunda
Polşa klubuna baxışa yollanan Elgün Nəbiyev məşqçilər korpusunun etimadını qazana bilib.
Sportline.az xəbər verir ki, “Limanovia” klubunun məşqçilər korpusu azərbaycanlı futbolçunu bir məşqdən sonra bəyənib.
“Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynamış yarımmüdafiəçi bu gün Polşa klubu ilə müqavilə imzalayacaq.
“Limanovia” hazırda Polşa ikinci liqasında çıxış edir.