Azərbaycanlı futbolçu "Rostov"da

Milli komandamıza cəl edilməsi gündəmdə olan Ayaz Quliyev yeni komandası ilə anlaşıb.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Anji” ilə vidalaşan 21 yaşlı yarımmüdafiəçi “Rostov”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, Moskva  "Spartak"ına məxsus futbolçu yeni komandasında da icarə əsasında oynayacaq.