Azpilikueta "Atletiko Madrid"dən ayrılacaq

"Atletiko Madrid" ispaniyalı futbolçusu Cezar Azpilikueta ilə mövsümün sonunda yollarını ayıracaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

35 yaşlı futbolçu Madrid klubunu azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Sezar Azpilikueta 2023-cü ildən "Atletiko Madrid"də çıxış edir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 1 qolla yadda qalıb.