Bakı 2018 Tennis Çempionatının loqosu təqdim olundu

II Beynəlxalq Həmrəylik Tennis Çempionatına 50 gündən az müddət qalır.

SportLineaz xəbər verir ki, yarış ərəfəsində Yerli Təşkilat Komitəsi yarışın loqosunu təqdim edib. 

II Beynəlxalq Həmrəylik Tennis Çempionatı İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlıq əsasında həyata keçirilir.