Bakıda "Gold Cup" başlayır
Mayın 10-dan iyun ayının 5-dək Bakıda 18 yaşadək komandalar arasında "Gold Cup" turniri təşkil olunacaq.
Sportline.az-ın məlumatına görə, yarışda həvəskar səviyyəli komandalar yarışacaq. Turnir Azərbaycanda futbolun kütləviliyinin artırılmasına xidmət edir.
İlk dəfə təşkil olunacaq turnirdə ümumilikdə 12 komanda mübarizə aparacaq. İştirakçılar hər birində 3 komanda olmaqla 4 qrupa bölünəcəklər. Hər qrupdan iki komanda isə növbəti mərhələyə yüksələcək.
Yarışın qrup mərhələsinən sonra ardıcıl olaraq 1/4 final, yarımfinal, final matçları oynanılacaq. Turnirin oyunları hər həftənin şənbə və bazar günləri Su İdman Sarayının süni örtüklü futbol meydançasında keçiriləcək. Yarış ümumilikdə 4 həftəni əhatə edəcək.
Final matçı iyun ayının 5-də oynanılacaq.
Turnirin əsasnaməsinə görə, hər bir iştirakçı komandada yalnız 1 nəfər 20 yaşadək futbolçu yer ala biləcək.
"Gold Cup"un qaliblərinə pul mükafatı, medallar və başqa hədiyyələr təqdim olunacaq.