Baqali Dabo lider oldu
"Qəbələ"nin futbolçusu Baqali Dabo bombardirlər siyahısında zirvəyə yüksəlib. SportLine.az xəbər verir ki, Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı görüşdə fərqlənən hücumçu qollarının sayını 6-a çatdırıb. Bununla Mahir Mədətov ("Qarabağ"), Amil Yunanov ("Sumqayıt") və Riçard Qadzeni ("Zirə") qabaqlayan futbolçu bombardirlik yarışına başçılıq edir.