“Barselona” argentinalı futbolçunu transfer etmək istəyir
“Çelsi”nin argentinalı futbolçusu Enzo Fernandezin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “National Cat”a istinadən xəbər verir ki, “Barselona” Enzo üçün “Çelsi”yə 60 milyon avro ödəməyə hazırdır.
London klubunun rəhbərliyi Enzo Fernandez üçün “Barselona”dan 75 milyon avro tələb edib.
Qeyd edək ki, 23 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Enzo cari mövsüm çıxış etdiyi 19 matçda 3 qol və 7 asistlə yadda qalıb.