"Barselona" - "Atalanta": Düşərgələrdəki son durum

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, gecənin ən maraqla gözlənilən oyunu İspaniyada baş tutacaq. “Barselona” “Atalanta”nı qəbul edəcək.

Heyətlərə nəzər saldığda meydan sahiblərində əsas itki Dani Olmo, İniqo Martinez və Andres Kristensenin adı ilə bağlıdır. “Atalanta”da isə Canluka Skamakka oyunu kənardan izləməli olacaq. Oyunun ədalət təmsilçisi ingiltərəli hakim Maykl Oliver olacaq.

Qeyd edək ki, "Barselona" - "Atalanta" matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.