"Barselona" "Atletik"lə razılaşıb

"Barselona" ispaniyalı futbolçu Niko Uilyams üçün "Atletik Bilbao" ilə razılaşıb.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu Nikonun transferini bu ay reallaşdırmaq niyyətindədir.

22 yaşlı futbolçuya "Barselona" klubu 6 illik müqavilə təklif edib.

Qeyd edək ki, Niko Uilyams bu təklifini qəbul edəcəyi təqdirdə, illik 12 milyon avro maaş alacaq.