"Barselona" "Atletiko"ya qarşı
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekun vurulur.
Sportline.az xəbər verir ki, "Barselona" "Spotify Nou Kamp"da "Atletiko" ilə üz-üzə gələcək.
Kataloniya təmsilçisində itkilərin sayı kifayət qədərdir. Toni Fernandez, Andreas Kristensen, Jofre Torrents, Frenki De Yonq, Mark Bernal və Rafinya zədəlidir.
"Atletiko"da isə qapıçı Yan Oblak, Xose Ximenez, Xoni Kardozo və Pablo Barrios baş məşqçi Dieqo Simioenin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü rumınyalı hakim İstvan Kovaç idarə edəcək.