“Barselona” baş məşqçisi ilə yeni müqavilə imzalayacaq

"Barselona" almaniyalı baş məşqçisi Hansi Fliklə yola davam edəcək.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, Hansi Flik Kataloniya klubu ilə 2027-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.

60 yaşlı mütəxəsis ötən ilin iyun ayından etibarən "Barselona"nı çalışdırır.