"Barselona" Çempionlar Liqasının qalibi olub

"Barselona"nın qadınlardan ibarət futbol komandası Çempionlar Liqasının 2023/2024 mövsümündə çempion olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, katalonlar Bilbao şəhərində keçirilən  finalda "Olimpik Lion" komandasını 2-0 hesabı ilə məğlub edibər. 

Qollar: Aytana Bolmati 63'. Aleksiya Putelyas 90+5'.

Qeyd edək ki, “Barselona” tarixində üçüncü dəfə Qadınlar arasında Çempionlar Liqasının qalibi olub. Komanda ilk dəfə 2020/2021 mövsümündə, ikinci dəfə isə 2022/2023 mövsümündə bu uğura imza atıb.