"Barselona" əzəli rəqibindən futbolçu alır

"Barselona" klubu yayda yeni qapıçı transfer edəcək.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Espanyol"un kiperi Joan Qarsiya "Barselona"nın əsas transfer hədəfidir.

24 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 38 matçda qapısında 51 top görüb.

Qeyd edək ki, Joan Qarsiya üçün "Espanyol" ən azı 20 milyon avro tələb edir.

Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.