“Barselona” geri dönüş edə biləcəkmi?

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir. 

Sportline.az xəbər verir ki, "Atletiko Madrid" "Vanda Metropolitano"da "Barselona" ilə üz-üzə gələcək. İlk oyunda Madrid klubu rəqibini iki cavabsız qolla üstələmişdi.

Kataloniya təmsilçisi bu matçda geri dönüş edəcəyinə inanır. Lakin bu asan vəzifə sayılmır. Dieqo Simionenin komandası meydan amili və ilk oyunda əldə etdiklərini nəticəni nəzərə alaraq, görüşə üstün şəkildə çıxacaq.

"Barselona"da əsas itki Rafinya və Pau Kubarsinin adı ilə bağlıdır. 

"Atletiko"da isə Hanço və Ximenez iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək qarşılaşmanı fransalı Klemam Turpen idarə edəcək.