“Barselona” ingiltərəli futbolçunu transfer etməkdə israrlıdır

Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçunun transferində israrlıdır.

Bu haqda futbol jurnalisti Santi Aouna öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Reşford ötən mövsüm meydana çıxdığı 41 matçda 11 qol 8 asistlə yadda qalıb.