"Barselona" ingiltərəli futbolçunun xidmətində maraqlıdır
"Marsel"in ingiltərəli futbolçusu Meyson Qrinvud karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Qrinvud "Barselona"nın maraq dairəsinə düşüb.
23 yaşlı vingerin "Marsel"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm çıxış etdiyi 35 matçda 20 qol 5 asistlə yadda qalıb.