"Barselona" kolumbiyalı futbolçuya təklif göndərib
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya "Barselona" klubu təklif göndərib.
L.Diazın üçün "Liverpul"un rəhbərliyi ən azı 80 milyon avro tələb edir.
O, bu mövsüm çıxış etdiyi 49 matçda rəqib qapılarından 17 top keçirib.
Qeyd edək ki, Luiz Diaz 2022-ci ilin yanvar ayında "Porto"dan "Liverpul"a 54 milyon avro qarşılığında transfer olmuşdu.