“Barselona” “Liverpul”a 60 milyon avro ödəməyə hazırdır

"Barselona" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz üçün 60 milyon avro ödəməyə hazırdır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Joze Alvarez Haya məlumat yayıb.

L.Diazın Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 50 matçda rəqib qapılarından 17 top keçirib.