“Barselona” “Qalatasaray”ın ulduzuna göz qoydu
“Qalatasaray”ın ulduzu Viktor Osimhen karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Barselona” Levandovskinin yerini, Osimhenlə doldurmağı planlaşdırır.
Bu haqda jurnalist Ersin Düzen məlumat yayıb.
Nigeriya millisinin üzvünün Türkiyə klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, “Qalatasaray” Osimhen üçün ən azı 120 milyon avro tələb edir.
Sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 33 matçda 22 qol, 8 asistlə yaddan qalıb.
Xatırladaq ki, Osimhen “Qalatasaray”a ötən ilin yayında “Napoli”dən 75 milyon avro qarşılığında transfer olunmuşdu.