"Barselona" ulduzu ilə yeni müqavilə imzalayıb

İspaniya La Liqası təmsilçilərindən "Barselona" ulduz futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar 17 yaşlı vingerlə 2031-ci ilə qədər yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, İspaniya millisinin üzvü “Barselona”nın heyətində indiyə kimi çıxış etdiyi 106 rəsmi matçda 25 qol, 34 assistlə yadda qalıb.