"Barselona" Yamalla bağlı qərar verib

"Barselona" ispaniyalı futbolçusu Lamin Yamalla bağlı qərar verib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Yamalın 18 yaşı tamam olduqdan sonra, "Barselona" ilə 2031-ci ilin yayında qədər yeni müqavilə imzalayacaq.

17 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. O, cari mövsüm çıxış etdiyi 55 matçda 18 qol 25 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Lamin Yamalın dəyəri "Transfermarkt" portalına görə, 180 milyon avro olaraq qiymətləndirilir.