"Barselona" yeni qapıçı transfer edib
"Espanyol"un ispaniyalı qapıçısı Joan Qarsiya "Barselona" klubuna transfer olunub.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
24 yaşlı kiper bu həftə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Qarsiyanın bu gün tibbi müayinədən keçməsi gözlənilir.