"Barselona"dan 175 milyon avroluq transfer

"Barselona" "Mançester Siti"nin norveçli ulduz futbolçusu Erlinq Haalanddı heyətinə qatmağı planlaşdırır.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 175 milyon avroluq sərbəst qalma məbləği olan Haalandı 2026-cı ilin yayında transfer etmək istəyir.

24 yaşlı forvardı transfer etmək üçün "Barselona" bir neçə futbolçusu ilə yollarını ayırmaq niyyətindədir. Erik Qarsiya, Ferran Torres, Ronald Arauxo, Frenki De Yonq və Kristensen satılacaq futbolçuların siyahısında yer alır.

Qeyd edək ki, Haalandın "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 30 qol 4 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Erlinq Haaland 2022-ci ilin yayında "Dortmund"dan "Mançester Siti"yə 60 milyon avro qarşılığında transfer olmuşdu.