"Barselona"dan 58 milyon avroluq transfer
"Barselona" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
22 yaşlı sol cinah vingerinin sərbəst qalma məbləği 58 milyon avrodur.
Kataloniya klubu bu məbləği "Atletik"ə ödəməyə hazırdır.
Qeyd edək ki, Niko Uilyams bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 11 qol 7 asist müəllifi olub.