"Barselona"dan "Borussiya"ya ödəniş

"Barselona" futbolçusu Usman Dembeleyə görə Dortmund "Borussiya"sına növbəti ödəniş edib.

Sportline.az "Kicker"ə istinadən xəbər verir ki, Almaniya təmsilçisinə daha 5 milyon avro ödənilib. Beləliklə, fransalı hücumçunun transferinin ümumi məbləği 130 milyon avronu keçib.

Qeyd edək ki, Dembele 2017-ci ilin yayında məhz "Borussiya"dan Barselona"ya transfer olunub. Bu transfer üçün Kataloniya təmsilçisi 105 milyon avro təzminat ödəyib. Lakin bonuslar nəzərə alınaraq bu məbləğ 148 milyon avroya qədər arta bilər. Klublar arasındakı razılaşmaya əsasən, "Barselona" Dembelenin 25, 50, 75 və 100-cü rəsmi oyununa görə Dortmund klubuna 5 milyon avro ödəməlidir.

Xatırladaq ki, Dembele "Barselona"da ümumilikdə 83 oyuna çıxıb.