“Barselona”dan İsak həmləsi
“Nyukasl Yunayted”in isveçli futbolçusu Aleksander İsakın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın rəhbərliyi İsakın transferində israrlıdır. Kataloniya klubu bu keçid üçün “Nyukasl”a 80 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun “Nyukasl Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Aleksander İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 2 asistlə yadda qalıb.