“Barselona”nın 1 nömrəli hədəfi

“Nyukasl Yunayted” klubunun isveçli futbolçusu Aleksander İsak karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Sportline.az “The Sun Football” nəşrinə istinadən xəbər verir ki, “Barselona” klubu A.İsak üçün “Nyukasl”a 70 milyon avro təklif edib. Lakin “Nyukasl” klubu bu təklifi geri çevirib.

İngiltərə klubunun rəhbərliyi İsak üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, İsakın “Nyukasl”la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 5 qol və 2 asistlə yadda qalıb.