"Barselona"nın 1 nömrəli hədəfi

"Barselona" "Sportinq"in futbolçusu Viktor Gyökeresi transfer etmək istəyir.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Gyökeres üçün "Sportinq" 75 milyon avro tələb edir.

Onun Portuqaliyalı klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gyökereslə "Arsenal"da yaxından maraqlanır. 

Bu mövsüm 46 matçda iştirak edən isveçli 47 qol 11 məhsuldar ötürmə ilə yadda qalıb.