"Barselona"nın ABŞ turu üçün heyəti
"Barselona" mövsümöncəsi ABŞ turu üçün heyətini açıqlayıb.
Sportline.az xəbər verir ki, 28 futbolçunun yer aldığı siyahıda “Mançester Yunayted”in heyətinə qatmağa çalışdığı yarımmüdafiəçi Frenki de Yonq da var.
Həmçinin ABŞ-a məşqlərdə baş məşqçi Xavini heyran edən yarımmüdafiəçi Miralem Pyaniç və komandaya yeni gələnlər Rafinya, Andreas Kristensen və Frank Kessye də gedirlər.
Siyahıya qapıçı Neto, müdafiəçilər Samuel Umtiti və Oskar Mingesa, yarımmüdafiəçi Rikki Puiq və hücumçu Martin Braytveyt daxil deyil. Kataloniya təmsilçisi onların klubdan ən qısa zamanda ayrılmasını istəyir.
"Barselona"nın ABŞ turu üçün heyəti:
