"Barselona"nın gözü "İnter"in futbolçusuna düşüb
"Barselona" "İnter"in futbolçusu Denzel Dumfirisi heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
29 yaşlı niderlandlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Dumfiris ötən mövsüm meydana çıxdığı 47 matçda 11 qol 5 asistlə yadda qalıb.